"Bavariya"nın baş məşqçisi Vensan Kompani Bundesliqada "Leyptsiq"ə qarşı keçirilən və 6:1 hesabı ilə başa çatan oyundan sonra mətbuat konfransına qatılmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun idman direktoru Maks Eberl məlumat verib. Onun sözlərinə görə, Kompani bud nahiyəsində zədə və həftə ərzində virus infeksiyası keçirdiyi üçün mətbuat konfransında iştirak etməyib. Buna baxmayaraq, o, özünü yaxşı hiss edir və paltardəyişmə otağında olub.
Eberl əlavə edib ki, Kompaninin "Arsenal"la qarşıdakı Çempionlar Liqası oyununda komandanın yanında olmasına heç nə mane olmur. O, ehtiyat oyunçular skamyasında əyləşib, lakin texniki zonada fəal şəkildə rəhbərlik etməyib. Bu funksiyanı Aaaron Denks və Rene Mariç yerinə yetirib. Eberl bildirib ki, məşqçilər heyəti birgə və səmərəli işləyir və çərşənbə günü keçiriləcək oyunda Kompaninin iştirakı ilə bağlı problem gözlənilmir.


