Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” “Qarabağ”la heç-heçə etdi - 3:3.
Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Yuri Vernidub media önünə çıxıb. O, əvvəlcə matçı şərh edib:
“Bu futboldur. Əsas odur bundan nəticə çıxaraq. Heç kim uduzmaq istəmirdi. Bu oyunu udmaq lazım idi. “Sabah”la oyun o qədər hesab olunmasa da, bu komandaların oyunu derbi sayılır. Çempionatda 1000 oyun oynayan komandalardır. Bu onu göstərir ki, düz yoldayıq. Çempionatın 1/4-ini geridə qoymuşuq”.
“Sabah” və “Qarabağ” sınağı barədə mütəxəssis bu sözləri deyib:
“Səmimi deyirəm ki, 4 xal itirdik. Həmişə istəyirəm ki, oynayaq, vaxt uzatmayaq. Bizim seçdiyimiz yol budur. Qara otaqda qara kişi axtarmaq yerinə, nəticə çıxarmaq lazımdır. Biz bu yolla davam etsək, güclü komanda olacağıq. Turnir cədvəlinin zirvəsində olmaq istəyirəm”.
Son iki dəqiqədə 5 top buraxmaqlarına Y.Vernidub belə reaksiya verib:
“İndi çox şeydən danışa bilərik. Təmkinli olmaq lazımdır. Hər oyunu ciddi təhlil edirik. Futbol şahmat kimidir - düşünmək lazımdır. Bunu etməyi öyrənsək, yaxşı olar. Qapıçı mövqeyi? İkisi də güclü qapıçıdır. Emil xəstələndi, əvəzində Rza oynadı. Avropanın güclü komandalarında da qapıçılar səhv edir. Oyunda belə şeylər mümkündür. Rza millidə də oynayıb. Emil əsas yığmanın qapıçısıdır. Mehdi Həsənov U-19-da oynayır”.


