"Mançester Siti"nin azarkeşləri İngiltərə Premyer Liqasının himnini fitə basıblar.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 7-ci turunda "İpsviç"lə ev oyunundan əvvəl "Etihad" stadionunda turnirin himni səsləndirilib. Tribunadan minlərlə fit və narazılıq səsləri eşidilib. Daha sonra azarkeşlər "Siti, Siti, Siti!" şüarını səsləndiriblər.

Bu aksiya klubun Premyer Liqa ilə maliyyə pozuntuları ittihamları fonunda yaşanan gərginlik zamanı baş tutub. Daha əvvəl "1894" Group adlı azarkeş qrupu bir çox fanatın araşdırmanın qərəzsizliyinə şübhə etdiyini bildirib. Həmin təşkilat stadionun cənub tribunasında xüsusi performans keçirəcəyini də açıqlayıb.