Braziliyalı ulduz Çarls Oliveyra İslam Maxaçevin növbəti döyüşündə məğlub ola biləcəyini düşünür. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Gerinin son çıxışı Prates üçün nümunə ola bilər və bu taktikadan istifadə edərək Maxaçevin müdafiəsini yarmaq mümkündür.

Oliveyra Pratesin həm güclü nokaut potensialına, həm də ciu-citsu üzrə qara kəmərə sahib olduğunu vurğulayıb.

"Əgər o, Gerinin etdiyi kimi ayaq zərbələri ilə çempionun müdafiəsini sarsıda bilsə və ilk iki raundda Maxaçev döyüşü vaxtından əvvəl bitirə bilməsə, Pratesin qələbə üçün bütün imkanları olacaq", – deyə Oliveyra qeyd edib.