"Boston Seltiks"in sabiq forvardı Ceylen Braun 2024-cü ildə komandasının çempionluq yürüşündə fərdi mükafatların onun üçün əsas olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Braun final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilməsi barədə fikirlərini bölüşüb:
"Hesab edirəm ki, həyatımın ən parlaq anlarından biri sadəcə çempionluq qazanmaqdır. Heç vaxt hansısa fərdi mükafatı əldə etmək üçün oynamamışam. Mənə MVP titulu təqdim olunanda – yeri gəlmişkən, mənə iki mükafat verdilər: Şərq finalının və final seriyasının MVP-si – bunu gözləmirdim. Açığı, bu mənim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Mən bunun üçün oynamırdım. Bəzi insanlar üçün bu mükafatlar daha böyük məna daşıyır, amma mənim üçün belə deyil. Adım açıqlananda üz ifadəmdən şok olduğum görünürdü. Əgər bu mükafatı başqa biri alsaydı, reaksiyam yenə eyni olardı. Amma başqası üçün bu fərqli ola bilər".


