Avroliqanın 6-cı turunda "Anadolu Efes" səfərdə "Jalgiris" üzərində əzmkar qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, Kaunasda keçirilən qarşılaşmada İstanbul təmsilçisi 85:70 hesabı ilə qalib gəlib.

Ardıcıl məğlubiyyətlərdən sonra "Anadolu Efes" bu dəfə üstün oyun nümayiş etdirib. METYUStrazel 19 xalla komandasının ən məhsuldar oyunçusu olub. Cameron Payne 16, Collin Malcolm 15 xal toplayıb. Dario Sariç isə 14 xal və 10 ribaundla dubl-dabl edib. "Jalgiris"də Karsen Edvards 16, Sterling Brown isə 13 xalla fərqlənib.

Digər görüşdə "Beşiktaş" doğma meydanda "Bayern" üzərində 95:87 hesablı qələbə qazanıb.

"Beşiktaş" bir ara 28 xallıq üstünlüyə (67:39) malik olsa da, almanlar fərqi aradan qaldırıb. Lakin gərgin sonluqda İstanbul klubu üstünlüyü qoruyub. Jaylen Nowell 21, Scottie Wilbekin 20, Ante Zizic isə 13 xalla ev sahiblərinə qələbə qazandırıb. "Bayern"də Vladimir Lucic 17, Kamar Baldwin və Oscar da Silva isə hərəyə 14 xal toplayıb.