Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Sergey Verşinin "Qalatasaray" klubunu ziyarət edib.
Offsideplus.az xəbər verir ki, o, İstanbul təmsilçisinin rəhbərliyi ilə görüşüb, həmçinin komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovla bir araya gəlib.
Verşinin avqust ayında "sarı-qırmızılılar"a transfer olunan gənc futbolçuya dəstəyini ifadə edərək, ona həm daxili çempionatda, həm də beynəlxalq turnirlərdə uğurlar arzulayıb.


