Lamin Yamal Avropanın aparıcı liqalarında komanda yoldaşları üçün ən çox qol imkanı yaradan futbolçular arasında yer alıb.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın 19 yaşlı cinah oyunçusu bütün turnirlərdə 40 qol şansı yaradıb. Bu göstərici ilə Yamal Avropanın top-5 liqasında bütün futbolçular arasında birinci yeri bölüşür.
Onunla birlikdə "Brayton"un 35 yaşlı yarımmüdafiəçisi Paskal Qross da 40 qol imkanı ilə liderdir. Bu mövsüm klub səviyyəsində Yamal 9 qol ötürməsi verib, Qross isə 4 assistlə yadda qalıb.


