"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska Pep Qvardiola ilə "PSJ" ilə oyundan (2:4) sonra söhbət etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəllər "şəhərlilər"ə rəhbərlik edib və bu qarşılaşmanı tribunadan izləyib. Bu, onun klubdan ayrıldıqdan sonra ilk dəfə "Etihad" stadionuna qayıdışı olub.
"Oyun bitdikdən sonra onunla görüşdüm. Matç, birinci və ikinci hissə barədə danışdıq. O, stadionda olmağından çox məmnun idi. Meydanda gördükləri barədə çox müsbət fikirlər səsləndirdi. Azarkeşlər də onu stadionda görməkdən sevincli idilər. Bu yer həmişə onun evi olacaq", – deyə Mareska vurğulayıb.


