AFFA U-15 və U-13 Liqalarında çalışan məşqçilər İntizam Komitəsi tərəfindən cəzalandırılıblar.

Offsideplus.az xəbər verir ki, U-15 Liqasında "Neftçi" – "Qəbələ" matçından sonra hakimləri təhqir edən paytaxt klubunun köməkçi məşqçisi Nakim Vəliyev 7 oyunluq diskvalifikasiya olunub.

"Ağ-qaralar" həmçinin 1000 manat cərimələnib.

U-13 Liqasındakı "Alfa" (Zaqatala) – "Aslan" (Zaqatala) oyununda isə rəqib məşqçiyə fiziki zor tətbiq edərək davaya səbəb olan "Alfa"nın baş məşqçisi Rüstəm Məmmədov 5 oyunluq cəza alıb.