Keçmiş NBA oyunçusu Ceyson Uilyams "Filadelfiya Siksers"in müdafiəçisi Vi Cey Edjkombun milli komandanın maraqlarını klub öhdəliklərindən üstün tutmasına kəskin reaksiya verib.
Offsideplus.az xəbər verir ki, Edjkomb komanda yoldaşı Ceylen Braunla birgə yayıma qatılarkən, Baham adaları millisinin Olimpiya Oyunlarına vəsiqə qazanmasının onun üçün NBA çempionluğundan daha önəmli olduğunu bildirib. Uilyams isə bu fikirlərlə razılaşmayıb: "Sən nə danışırsan axı? Mən sənin Baham yığmasındakı yoldaşın deyiləm, mən sənin 'Siksers'də komanda yoldaşam. Biz burada çempionluq uğrunda mübarizə aparırıq! Sənə bu daha vacibdirsə, onda get Baham adalarına və orada yaşa. Görək, hər ayın birində və on beşində sənə eyni məbləğdə maaş gələcəkmi? Mənim üçün maaşımı ödəyən insanlar daha önəmlidir. Komanda yoldaşları da artıq ona başqa cür baxacaq", – deyə Uilyams qeyd edib.


