Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 59 kq çəki dərəsində çıxış edən təmsilçimiz finalda ukraynalı Alina Filipoviçlə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. 

Bu nəticə ilə Qurbanova mundialı ikinci pillədə başa vurub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medala sahib çıxıblar.

Turnirə oktyabrın 18-də yekun vurulacaq