FIFA prezidenti Canni Infantino Dünya Çempionatının kommersiya hüquqlarının satışı ilə bağlı gündəmə gələn “FIFA Forward Enterprise” layihəsi ətrafındakı narazılıqlara münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Sürixdə keçirilən FIFA Şurasının iclasından sonra çıxış edən Infantino müzakirə və kommunikasiya prosesində buraxılan səhvlərə görə rəsmən üzr istəyib:

“Bu gün “FIFA Forward Enterprise” təklifini müzakirə etdiyimiz çox yaxşı bir iclas keçirdik. Layihə ilə bağlı məsləhətləşmə və kommunikasiya prosesində etdiyimiz səhvlərə və bunun yaratdığı fəsadlara görə üzr istədim. Unutmaq olmaz ki, bu sadəcə bir təklif idi və heç bir halda tamamlanmış bir razılaşma deyildi. Bu təşəbbüsün məqsədi yalnız Dünya Çempionatında insanları ruhlandıran uğur hekayələrini artırmaq idi. Çünki futbol hər kəs üçündür və hər yerdə olmalıdır.”