Arsen Venger FIFA prezidentliyinə namizədliyini irəli sürməyəcək.

Offsideplus.az xəbər verir ki, daha əvvəl "Arsenal"ın sabiq baş məşqçisi Gianni İnfantinonun rəqibi kimi potensial namizədlər arasında göstərilirdi. Lakin Vengerin namizədliyi ideyası rədd edilib. Eyni qərar "Lion"un prezidenti Mişel Kanq üçün də qəbul olunub.

Bundan əlavə, UEFA-nın rəhbəri Aleksander Çeferin, KONKAKAF-ın prezidenti Viktor Montaliani və AFC-nin rəhbəri Salman bin İbrahim Əl-Xəlifə də seçkilərdə iştirak etməyəcəklər.

Bütün bunlara baxmayaraq, Avropa futbol rəsmiləri FIFA prezidentliyinə uyğun namizəd tapacaqlarına əmindirlər. Mənbələr bildirir ki, gələcək namizəd müraciətini son tarixə yaxın açıqlayacaq ki, FIFA rəhbərliyi onun namizədliyinə mane olmaq üçün az vaxt əldə etsin.

İnfantinonun rəqibləri hesab edirlər ki, FIFA İsveçrə funksionerinin yenidən seçilməsi üçün bütün resurslarını səfərbər edib. FIFA prezidentinin seçkiləri 18 martda keçiriləcək. Namizədlər ərizələrini 18 noyabradək təqdim etməlidirlər.