Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

Offsideplus.az xəbə verir ki, bu barədə AFFA-nın Futzal departamentindən məlumat verilib.

DÇ-2028-in 12-ci qrupunda yer alan komanda noyabrın 5-də ev oyununu keçirəcək. Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək.