Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən dünya çempionatında uğurlu nəticə göstərən cüdoçuları təbrik edib.

Offsideplus.az xəbər verir ki, federasiyanın təbrikində 4–11 oktyabr tarixlərində baş tutan dünya çempionatında Azərbaycan millisinin 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında tarixi uğura imza atdığı vurğulanıb.

Bildirilib ki, Azərbaycan Güləş Federasiyası ölkənin idman ailəsinin üzvü olaraq, Azərbaycan Cüdo Federasiyasına və bütün cüdo ictimaiyyətinə bu əlamətdar nailiyyət münasibətilə təbriklərini çatdırıb.

Federasiya cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayıb.