UFC-nin sabiq çempionu Con Cons hesab edir ki, Xamzat Çimayev yarımağır və ağır çəki dərəcələrində də uğurla çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, Cons bu barədə belə danışıb: "Düşünürəm, o, kifayət qədər iri döyüşçüdür və hətta ağır çəkidə də rəqabət aparmağa qadirdir. Əminəm, o, Aleks Pereyra, Maqomed Ankalaev kimi idmançılarla döyüşlərdə də özünü yaxşı tərəfdən göstərə bilər".
Xamzat Çimayevin aktivində 15 qələbə və 1 məğlubiyyət var. O, bu ilin mayında Şon Striklendə hakimlərin qərarı ilə uduzub və orta çəki kəmərini itirib. Çimayev özü isə bildirib ki, artıq üç aydır döyüş gözləyir və UFC-nin onunla bağlı hansı planlar qurduğunu bilmir.


