NBA-da keçirilən qarşılaşmada "Boston Seltiks"ə məğlub olan "Vaşinqton Uizards" çempionluq uğrunda mübarizəni dayandırıb. Komandanın mərkəz oyunçusu Entoni Deyvis 37 dəqiqə meydanda olaraq 33 xal və 13 ribaundla ən məhsuldar basketbolçu olub.

Offsideplus.az xəbər verir ki, üçüncü hissədə Deyvis sağ əlinin üzərinə yıxılaraq biləyindən zədə alıb. Tibbi heyət onun biləyinə sıx sarğı qoyub, lakin Deyvis oyunu tərk etməkdən imtina edib və qarşılaşmanı davam etdirib. Qeyd edək ki, bu cür bilək zədələri basketbolçunun karyerası ərzində bir neçə dəfə təkrarlanıb.