İsrail "Qalatasaray" azarkeşlərinin Fələstinə dəstək bannerlərinə görə UEFA-ya şikayət edib.

Offsideplus.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, söhbət UEFA Çempionlar Liqasının "Aston Villa" ilə matçından (1:0) əvvəl tribunalarda açılan "Qəzzanı unutmayın, soyqırıma səssiz qalmayın" və "Azad Fələstin" şüarlarından gedir.

İstanbul təmsilçisinin prezidenti Dursun Özbek məsələyə münasibət bildirərək, bu addımın siyasi deyil, vicdan məsələsi olduğunu və Fələstin xalqına dəstəyin davam edəcəyini vurğulayıb. O, UEFA-nın şikayətə baxmayacağına ümid etdiyini deyib.

Qurumun nümayəndələri isə şərh verməkdən imtina etsələr də, Fələstin simvollarının təxribat xarakteri daşımadığını və istifadəsinə icazə verildiyini qeyd ediblər.