Ceyd Kanningem zədə səbəbindən "Orlando" ilə oyunu buraxıb. Komanda oyunçunu qarşılaşmadan əvvəl iştirakçılar siyahısından çıxarıb. "Detroyt Pistons"un müdafiəçisi sağ dizində ağrılar hiss etdiyi üçün ötən həftə ardıcıl iki oyunda da iştirak edə bilməyib. Kanningem cari mövsümdə "Pistons"un keçirdiyi 17 oyunun 15-də meydana çıxıb və orta hesabla 24,2 xal, 5,1 ribaund, 8,3 assist ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Cey Bi Bikerstaf oyunçunun vəziyyəti barədə danışıb: "Hazırda onun üçün asan deyil, belə deyim. O, oynayacaq, mübarizə aparacaq və əlindən gələni edəcək, amma çox şeyə dözməli olur".


