“Barselona”nın ulduzu məşq toplanışına gecikib.
Offsideplus.az xəbər verir ki, klubun müdafiəçisi Jül Kunde Bakıda məşqdən əvvəl Hans-Diter Flikin komanda iclasına gecikib.
Fransalı futbolçu komanda yoldaşlarından sonra iclasa gəlib və bu, baş məşqçi Hans-Diter Flikin sərt reaksiyasına səbəb olub.
Qeyd edək ki, Kunde ötən mövsüm də nizam-intizam və punktuallıq problemlərinə görə əsas heyətdəki yerini itirmişdi.


