"Milan" fransalı yarımmüdafiəçi Adrien Rabyo ilə yeni müqavilə barədə danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, "rossoneri" Rabyonu ən azı 2030-cu ilə qədər heyətində saxlamaq niyyətindədir. Lakin oyunçu müqavilənin yalnız 2029-cu ilə qədər uzadılmasını istəyir. Tərəflər maliyyə şərtləri üzərində də müzakirələri davam etdirir. Bildirilir ki, "Milan" daha uzunmüddətli müqavilə təklif etməklə xərcləri yaymaq niyyətindədir.

Daha əvvəl yayılan məlumata görə, yeni müqavilə imzalanarsa, Rabyonun illik maaşı 3,5 milyon avrodan 5 milyon avroya yüksələ bilər. Hazırda Rabyonun "Milan" ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Cari A Seriyası mövsümündə Adrien Rabyo 10 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.