Seneqalın Afrika Millətlər Kubokundakı (AFCON) çempionluğu bərpa edilib.
Offsideplus.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) Seneqal millisinin futbolçularının etiraz əlaməti olaraq meydanı tərk etməsindən sonra çempionluğu Mərakeşə verməsi ilə bağlı qərarı İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən ləğv edilib.
CAS-ın qərarına əsasən, 2025-ci il Afrika Millətlər Kubokunun qalibi yenidən Seneqal millisi elan olunub.
Final qarşılaşmasında qeydə alınan 1:0 hesabı qüvvədə saxlanılıb.


