Amerikalı döyüşçü Coş Hokit növbəti qarşılaşması üçün iki variantın olduğunu açıqlayıb. O, ya Siril Qanla revanş döyüşü, ya da Aleks Pereyra ilə qarşılaşmaq istədiyini deyib. Hokit bildirib ki, hər halda Pereyra ilə döyüşmək arzusundadır və braziliyalı idmançının sonsuza qədər çıxış etməyəcəyini nəzərə alaraq, ona dediklərini qəfəsdə sübut etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Hokit Pereyranın iddiası varsa, ona şərəf və hörmət uğrunda döyüşmək imkanı verəcəyini vurğulayıb. O, Pereyranın növbəti döyüşündə qalib gəlib-gəlməməsinin fərq etmədiyini, çünki onun adının idman dünyasında ən çox səslənənlərdən biri olduğunu qeyd edib. Xatırladaq ki, Aleks Pereyra 13 dekabrda UFC 335-də Sergey Pavloviçlə qarşılaşacaq.