Misli Premyer Liqasında 12-ci tura yekun vuruldu. Tura Yevlaxda start verildi.
“İmişli” 2:2 “Zirə”
Tur Yevlaxda başladı və günün ilk matçında Zirə İmişli ilə 2:2 heç-heçə etdi. “Qartallar” 2:0 hesabda öndə olsalar da, “pələnglər” iki penalti qazandı və Seyxan Fərəcov hədəfdən yayınmadı. Bu nəticədən sonra “Zirə” 20 xalla 5, “İmişli” isə 12 xalla 8-ci yerdədir. “Zirə”nin 12 oyunda 5 qələbəsi, 5 heç-heçəsi və 2 məğlubiyyəti var.
“Sumqayıt” 1:5 “Sabah”
Turun ən böyük hesabı Sumqayıtda qeydə alındı. Son ölkə çempionu “Sabah” səfərdə 5:1 hesabı ilə qalib gəldi. İlk hissədə vurulan qollar bütün oyuna təsir eydi, “bayquşlar” ilk yarıda hesabda önə keçdi və ikinci hissədə üstünlüyünü artırdı. Timoteuş Puxaçın qolunu isə “Sumqayıt”ın qapıçısı belə alqışladı.
“Şamaxı” 0:2 “Turan Tovuz”
Şamaxı şəhər stadionunda “Turan Tovuz” 2:0 hesabı ilə qalib gəldi. Qolları Jo Batista (34) və İbrahima Vadji (88) vurdular. Birinci qol ilk yarının sonlarında gəldi. İkincisi isə matçın son dəqiqələrində hesabı qətiləşdirdi. Bu qələbə Tovuz təmsilçisini 24 xalla üçüncü pilləyə qaldırdı. Şamaxı 14 xalla yeddinci yerdədir. Matçda gərginlik də yüksək səviyyədə idi. Qırmızı vərəqə daxil olmaqla bir çox situasiyaya şahidlik etdik.
"Şəfa" 0:2 "Qəbələ"
Aşağı sıralarda yer alan iki komanda qarşılaşdı. “Şəfa” SOCAR Polymer Arenada Qəbələyə 0:2 uduzdu. “Qəbələ” 11 xalla 9-cu pilləyə yüksəldi. Paytaxt təmsilçisi isə 5 xalla sondan ikincidir və cəmi 1 qələbəsi var. “Şəfa” autsayderliyini davam etdirməkdədir.
"Araz-Naxçıvan” 1:3 “Neftçi”
“Neftçi” səfərdə “Araz-Naxçıvan” 3:1 hesabı ilə məğlub etdi. 82-ci dəqiqədə Klissman 2 baxımlı qol vurdu, ikinci qolda məhduldar ötürmə edən Rüfət Abbasov isə topu öz qapısına vurdu. “Ağ-qaralar” hazırda 27 xala çatıb və cədvəldə vahid liderə çevrilib. “Araz-Naxçıvan” 4 xalla sonuncudur və 12 oyunda hələ qələbə qazana bilməyib.
“Kəpəz” 0:0 “Qarabağ”
Gəncədə turun son oyunu qolsuz bitdi. Matçı tribunadan 16 minə yaxın azarkeş izlədi və bu cari mövsümün azarkeş rekordu oldu. Atmosfer olduqca ideal idi. Maraqlıdır ki, 6 xallıq görüşdə qalib bəlli olmadı və hər iki komandanın bir-birinə qarşə ehtiyatda oyunu qalıb.


