La Liqanın prezidenti Xavyer Tebas İspaniya nəhənglərinin hakimlərə təsiri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Tebas "Real Madrid" və "Barselona"nın hakimlərə təzyiq etdiyini bildirib. O qeyd edib ki, bu klublar daim bir-biri haqqında danışır, xüsusilə də "Real Madrid". Tebas əlavə edib ki, "Barselona"nın davranışı fərqlidir, amma "Real Madrid"in televiziyası hakimlərə daha güclü təsir göstərir.
Qeyd edək ki, daha əvvəl "Vilyarreal"ın yarımmüdafiəçisi Santi Komesanya "Barselona" ilə oyunda (2:3) hakimlik barədə danışaraq bildirib: "İstər 'Bernabeu'da, istərsə də 'Kamp Nou'da vəziyyət eynidir. Onlar hakimə təzyiq göstərirlər, mən 'Barselona'nın 7 oyunçusunun qərarlara etiraz etdiyini saydım".


