UFC çempionu İslam Maxaçev şəxsi fermasında çəkisi 1,350 kiloqram olan öküzünü nümayiş etdirib. 

Offsideplus.az xəbər verir ki, döyüşçü heyvanın çəkisini iki tona çatdırmaq istədiyini bildirib.

Maxaçev həmçinin Usman Nurmaqomedov və Merab Dvalişvilinin iştirakı ilə baş verən insidentə münasibət bildirib.

O qeyd edib ki, "Bizim uşaqların hərəkətində yanlış bir şey görmürəm. Kimsə şərəfə toxunursa, birə-bir, ikiyə-bir fərq etmir, bu heç nəyi həll etmir".