UFC-nin keçmiş çempionu İliya Topuriya bildirib ki, o və Paddi Pimblett "The Ultimate Fighter"in yeni mövsümündə məşqçi kimi çıxış edəcək. Topuriya əlavə edib ki, layihənin sonunda Pimblettə qarşı döyüşəcək və onu ağır şəkildə cəzalandıracağını deyib.
Offsideplus.az xəbər verir ki, Topuriya sosial şəbəkədə yazıb: "Biz Pimblettlə TUF-da məşqçi olacağıq, sonra isə onun başını qoparacağam. Gecənin həmsponsor döyüşündə Castin Geyci və Arman Tsarukyan qarşılaşacaq. Prelimlərin son döyüşü isə Konor Makqreqor və Maykl Çendler arasında olacaq".


