Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunun oyununun hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi FIFA referisi Nikolas Uolş olacaq.
Ona Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR-da Endryu Dallas, AVAR-da isə Stiven Maklin əyləşəcək.
Qeyd edək ki, "Sabah" – "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda, saat 21:45-də başlayacaq.


