"Barselona"nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"a qarşı keçirəcəkləri səfər matçı barədə danışıb.
SA İspaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis La Liqada "Vilyarreal" üzərində qazanılan əzmkar qələbədən (3:2) sonra Bakıya 3 xal üçün gələcəklərini vurğulayıb:
"Çempionlar Liqası səviyyəsində olan "Vilyarreal"a qarşı geridönüşlə qalib gəlmək bizə əlavə motivasiya verdi. Artıq bütün diqqətimizi qarşıdakı matça yönəltmişik. Azərbaycana uzaq səfər və heyətlə bağlı problemlər bizi narahat etmir, bunlar işimizin bir hissəsidir. Həm La Liqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyiriksə, bütün çətinlikləri dəf etməliyik".
Qeyd edək ki, "Sabah" – "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.


