NBA-nın maraqlı qarşılaşmasında "Qolden Steyt Uorriors" səfərdə "Boston Seltiks" üzərində minimal fərqlə qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, oyunun taleyi son hücumda həll olunub. Həlledici epizodda "Seltiks"in lideri Ceyson Teytum izolyasiya hücumunda Draymond Qrinə qarşı orta məsafədən şüt atışını dəqiq yerinə yetirə bilməyib. Nəticədə "Qolden Steyt Uorriors" 88:87 hesabı ilə qalib gəlib və ardıcıl 5 məğlubiyyətlik seriyaya son qoyub.


