“Real Madrid” üç futbolçunu transfer gündəminə alıb.

Offsideplus.az xəbər verir ki, “Real Madrid” klubu “Komo”nun futbolçusu Niko Pas, “Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl və “Kristal Pelas”ın oyunçusu Adam Uortonu yaxından izləyir.

Madrid təmsilçisinin əsas hədəfi Niko Pasdır. Klubun futbolçunu 80 milyon avroya geri almaq hüququ var. Lakin argentinalı yarımmüdafiəçi “Real Madrid”ə qayıtmazdan əvvəl müntəzəm oyun vaxtı alacağına əmin olmaq istəyir.

İspaniya klubu Lennart Karl və Adam Uortonla bağlı da skaut hesabatları hazırlayıb. Bununla belə, hələlik bu iki futbolçudan hər hansı birinin transferi ilə bağlı qərar verilməyib.