İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill Premyer Liqanın 11-ci turunda "Liverpul"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra klubun vəziyyəti barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Nevill "Enfild"də belə ağır məğlubiyyətlərin artıq adi hal kimi qəbul edilməsindən narahatlığını bildirib: "Biz artıq 0:4 hesablı məğlubiyyətlərə göz yumuruq, sanki bu, norma olub və bununla barışmaq lazımdır. Klubun səviyyəsi elə aşağı düşüb ki, buna inanmaq çətindir. Amma azarkeşlərin standartları dəyişməyib. Onlar hələ də "Mançester Yunayted"in hər oyunda rəqabətədavamlı olmasını gözləyirlər. Hazırda isə Avropada ən zəif müdafiəyə sahibik və Premyer Liqada sondan ikinciyik. Bu, inanılmaz bir vəziyyətdir. Bəzi oyunçular hələ də Joze Mourinyo dövründən komandadadır. Onlar Ole-Qunnar Sulşer və Maykl Kerriklə də çalışıblar. Xatırlayırsınızsa, ötən il Kerrik gələn kimi "Mançester Siti" və "Arsenal"la oyunlarda vəziyyəti dəyişmişdi. Ola bilsin, uzunmüddətli perspektivdə Maurisio Poçettinonun ən pis vəziyyətlə üzləşməsi yaxşıdır".


