Gürcüstan milli komandasının və PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya nigeriyalı hücumçu Viktor Osimhen haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, "Napoli"də birgə çıxış etdiyi Osimheni indiyədək oynadığı ən yaxşı hücumçu adlandırıb.
"Osimhen oynadığım ən yaxşı mərkəz hücumçudur. Onun sürəti, topa nəzarəti və çevikliyi sadəcə inanılmazdır", – deyə Kvaratsxeliya bildirib.


