Lionel Messinin çıxış etdiyi "İnter Mayami" MLS-in pley-off mərhələsinin ilk oyununda doğma meydanda "Kolambus Kryu"ya 0:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada hesabı 9-cu dəqiqədə penaltidən Qonsalo Tapiya açıb. 36-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Qonsalo Lujan ikinci sarı vərəqəni alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.
İkinci hissədə say üstünlüyündən yararlanan qonaqlar Taha Habrunun (52) və Qonsalo Tapiyanın (58) qolları ilə qələbəni rəsmiləşdiriblər.
Görüş həm də Lionel Messinin rəqib futbolçuya qarşı kobud hərəkəti ilə yadda qalıb. Argentinalı ulduz aut atışını yerinə yetirməsinə mane olmağa çalışan dubl müəllifi Qonsalo Tapiyanın üzünə topu atıb. Baş hakim insidentdən sonra hər iki oyunçuya sarı vərəqə göstərib.
Həmin epizodu təqdim edirik:


