UFC Qatar turnirində nokaut və tabe etmə ilə qalib gələn dörd idmançı xüsusi bonusla mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə Navajo Stirling Jiri Proxazkanı nokaut edərək 100 min dollar məbləğində "Gecənin çıxışı" bonusu əldə edib. Stirling bu qələbə ilə məğlubiyyətsiz seriyasını 12-0-a çatdırıb və hazırda UFC-nin yüngül ağır çəki çempionu Karlus Ulberqlə qarşılaşma ehtimalı yaranıb. Ulberq zədə səbəbindən döyüşə bilməsə də, titulun sahibi olaraq qalır.

Gecənin ilk qarşılaşmasında Con Mitçell Şoaib Yusaf üzərində diz zərbəsi və ardıcıl zərbələrlə qələbə qazanaraq bonusun sahibi olub. Hər iki idmançı bu döyüşə cəmi üç gün əvvəl razılıq verib.

Digər iki bonus isə Amir Albazi və Diyar Nurqocaya verilib. Albazi Alessandro Kostanı tabe etmə ilə məğlub edib. Diyar Nurqoca isə Alik Lorenzə qarşı baş zərbəsi ilə döyüşü vaxtından əvvəl bitirib.

Qeyd edək ki, bu dəfə ənənəvi "Gecənin döyüşü" bonusu təqdim olunmayıb, bütün finiş edən idmançılar 100 min dollar mükafat alıblar.