Rolan Qusev dünyada yalnız bir neçə klubun rəqibdən asılı olmayaraq öz oyun üslubunu nümayiş etdirdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, "Axmat"ın baş məşqçisi bu fikri səsləndirib: "Düşünürəm ki, dünyada yalnız 'Real', 'Barselona' və 'PSJ' kimi üç-dörd, bəlkə də beş komanda öz futbolunu oynayır. Qalan bütün klublarda isə məşqçilər arasında taktiki mübarizə gedir. Bizim çempionatda isə istənilən komanda digərini məğlub edə bilər. Bu da liqanı maraqlı edir".

Qusev əlavə edib ki, hazırda bütün diqqəti "Axmat"a yönəlib və qarşıdakı "Krasnodar"la kubok oyununa hazırlaşır.