"Kəpəz" və "Qarabağ" komandalarının futbolçuları sabah Misli Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna şəhid övladları ilə birgə çıxacaqlar.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı "Kəpəz" PFK rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti müsbət cavablandırılıb.
Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın övladları meydançaya çıxdıqdan sonra həmişə olduğu kimi, oyunu tribunada izləyəcəklər.
Qeyd edək ki, bu ideya "Kəpəz" PFK və "Gəncə Park City"nin təşəbbüsü, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində baş tutacaq.


