"PSJ" qələbə seriyasını davam etdirib.

Offsideplus.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi Fransa Liqa 1-in 11-ci turunda "Nitsa"nı 3:2 hesabı ilə məğlub edib. Komanda bütün turnirlərdə son 12 oyunun hamısında qalib gəlib və bu müddətdə ümumi hesab 40:11 olub.

Növbəti qarşılaşmada "PSJ" 25 noyabrda Çempionlar Liqasında "Roma" ilə üz-üzə gələcək.