"Bavariya"nın baş icraçı direktoru Yan-Kristian Drezən klubun illik maliyyə göstəriciləri barədə məlumat verib.

Offsideplus.az xəbər verir ki, Drezən Almaniya nəhənginin ümumi gəlirinin 988,2 milyon avroya yüksəldiyini, xalis mənfəətin isə 22,8 milyon avro təşkil etdiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat mənfəəti 190,8 milyon avroya çatıb, vergi öncəsi mənfəət isə 35,3 milyon avro olub.

Drezən bildirib: "Biz ili yenidən rekord göstəricilərlə başa vurduq! "Bavariya"nın ümumi gəliri 978,3 milyon avrodan 988,2 milyon avroya yüksəldi. Maliyyə baxımından bir milyard avro həddinə yaxınlaşırıq. Bu, klubumuzun güclü təmələ sahib olduğunu göstərir. Əsas prinsipimiz dəyişməz qalır: qazandığımızdan artıq xərcləməyəcəyik".