Bu gün səhər Formula 1 üzrə 2026-cı il mövsümünün 21-ci mərhələsi – Las-Veqas Qran-prisinin təsnifat mərhələsi keçirilib.

Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-da start götürən sessiyanın ən yaxşı nəticəsini "Mersedes"in pilotu Andrea Kimi Antonelli göstərib (1:33.893).

"Red Bull"un sürücüsü Maks Ferstappen ikinci (+0.258), "Mersedes"in digər pilotu Corc Rassell isə üçüncü (+0.331) pillədə qərarlaşıb.

Qeyd edək ki, Antonelli təsnifat mərhələsinin qalibi olsa da, limitdən artıq daxili yanma mühərriki dəyişikliyinə görə aldığı 5 mövqelik cəza səbəbindən əsas yarışa altıncı yerdən başlayacaq. Bununla da poul mövqeyi Maks Ferstappenə qismət olub.