Lionel Messinin anasının Nikonu oğlunun varisi hesab etməsi barədə açıqlama verilib.

Offsideplus.az xəbər verir ki, "Komonun" yarımmüdafiəçisi Nikonun əmisi Fabian Pas bu barədə danışıb. O bildirib ki, Nikonu Messinin varisi kimi görmək fikri oyunçunun özündə yoxdur:

"Niko çox sadə və sakit insandır, heç vaxt Messinin varisi olmaq barədə düşünməyib. Onun üçün ən böyük sevinc Lionel Messi ilə tanış olmaq və birgə oynamaq idi. Bu, sanki göylərə toxunmaq kimi bir hiss idi. O, heç vaxt özündən razı olmayıb. Üstəlik, Argentinada yaşamadığı üçün digər oyunçular kimi təzyiq hiss etmir. Burada futbola tamamilə fərqli münasibət var – başqa bir ehtiras və dəli bir sevgi ilə yanaşılır, buna görə də o, hələ də çox şeyə təəccüblənir.

Messinin vida oyununda Niko paltardəyişmə otağından çıxanda Messinin anası həyəcanlı və göz yaşları içində dayanmışdı. Niko ona yaxınlaşıb salam verdi, o isə Nikonun əlini tutub dedi: 'Sən oğlumun varisisən'. Mən onu maşında gözləyirdim, Niko isə bu sözlərdən tamamilə şoka düşmüşdü. Mənə dedi: 'İnanmıram, az əvvəl nə baş verdi'. O, bunu tamamilə inanılmaz bir hadisə kimi danışdı. Daxilində hələ də uşaqdır".