Avroliqanın 13-cü turunda "Anadolu Efes" doğma meydançada "ASVEL" üzərində 107:81 hesabı ilə asan qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, bu nəticə ilə İstanbul təmsilçisi mövsümdə altıncı qələbəsini əldə edib və turnir cədvəlində irəliləyib.

Oyunun əvvəlindən təşəbbüsü ələ alan "Anadolu Efes" xüsusilə Corcdan Loydun dəqiq üçlükləri ilə ilk hissəni 25:17 öndə başa vurub. Fasiləyə 54:41 hesabı ilə üstün yollanan ev sahibləri üçüncü hissədə də tempini qoruyub və sonuncu perioda 85:66 hesabı ilə daxil olub. Son hissədə də üstünlüyünü əldən verməyən "Anadolu Efes" rahat qələbə ilə meydanı tərk edib.

Komandanın ən məhsuldar oyunçusu Corcdan Loyd olub – 20 xal və 4 ribaund. Kemeron Peyn 15 xal və 8 assist, Santi Yusta 14 xal, Dario Şariç 12 xal və 7 ribaund, Kay Cons isə 10 xal və 7 ribaundla yadda qalıb. Qonaqlarda Mark-Ouen Dada Fodzo və Neit Sestina hərəyə 16 xal, Petti Mills isə 15 xal toplayıb.

Turun digər oyunlarında "Makkabi Təl-Əviv" Dubaya 74:80, "Jalgiris" "Panatinaikos"a 72:87, "Bayern" "Baskonia"ya 100:81, "Milano" "Fənərbaxça"ya 78:70, "Paris" "Hapoel Tel-Əviv"ə 97:96, "Valensiya" "Virtus Bolonya"ya 92:87 hesabı ilə qalib gəlib. "Anadolu Efes" hazırda 6 qələbə və 7 məğlubiyyətlə turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.