“Aston Villa” “Çelsi”nin yarımmüdafiəçisi Romeo Lavia ilə müqavilə imzalamaq istəyir.

Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri belçikalı futbolçunu komandasında görməkdə maraqlıdır.

Lavia hələ də “Aston Villa”nın transfer siyahısında yer alır. Lakin “Çelsi” yarımmüdafiə xəttinə əvəzləyici futbolçular cəlb etmədən onu buraxmaq niyyətində deyil.

Transferin reallaşması əsasən London klubunun transfer strategiyasından və qarşıdakı aylarda heyətini gücləndirib-gücləndirməyəcəyindən asılı olacaq.