“Mançester Siti” 2 milyard dollarlıq kredit razılaşmasını itirib. 

Offsideplus.az xəbər verir ki, ABŞ-nin “Apollo” investisiya şirkəti “Mançester Siti”nin sahibi olan “City Football Group”la 2 milyard dollarlıq kredit müqaviləsi üzrə danışıqları dayandırıb.

Məlumata görə, danışıqlar artıq yekun mərhələyə çatmışdı. Lakin müstəqil komissiyanın “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozduğunu müəyyən etməsindən sonra razılaşma baş tutmayıb.

Bu qərar “City Football Group” üçün ciddi maliyyə zərbəsi hesab olunur.