Kairi İrving "Dallas Maveriks"in "Qolden Steyt Uorriors" üzərində qazandığı 116:94 hesablı qələbədən sonra rəqib komandanın yeni oyunçusu Yaksell Lendeborq barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, İrving Lendeborqun oyununu və meydançadakı bacarıqlarını yüksək qiymətləndirib: "Onun çıxışı və bacarıqları məni çox təsirləndirdi. Bilirəm ki, onun üzərinə böyük məsuliyyət düşür. Ümid edirəm, hər şeyə bir az daha rahat yanaşacaq. Mövsüm başlamazdan əvvəl ona bir neçə məsləhət vermişdim və daim yanında olmağa çalışıram". Qeyd edək ki, Lendeborq "Maveriks"lə oyunda 13 xal, 5 ribaund və 4 assistlə yadda qalıb, 18 atışdan 6-sını dəqiq yerinə yetirib.


