Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun bazasını ziyarət edib.
Offsideplus.az xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti olan Bilal Ərdoğan səfər zamanı klubun rəhbərliyi və futbolçuları ilə, o cümlədən Kriştiano Ronaldu və Sadio Mane ilə görüşüb. Futbolçular qonağa imzalı formalar hədiyyə ediblər.


