Yenidənqurma işlərindən sonra Xankəndi şəhər stadionu ilk rəsmi qarşılaşmaya ev sahibliyi edib.

Offsideplus.az xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində baş tutan matçda yerli "Xankəndi" komandası "Karvan-Yevlax"ı qəbul edib.

Təxminən 3000 azarkeşin tribunadan izlədiyi görüş Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 67-ci dəqiqədə İbrahim Əliyev açıb, 77-ci dəqiqədə isə Obicon Onyeka fərqi iki topa çatdırıb.