Xankəndi şəhər stadionunda yenidənqurma işlərindən sonra keçiriləcək ilk rəsmi qarşılaşmanın vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Qərara əsasən, 1-ci Liqanın VIII turu çərçivəsində noyabrın 19-da baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" oyunu sözügedən arena da keçiriləcək. Qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

"Xankəndi" komandası bundan sonra ev oyunlarını bu stadionda keçirəcək.

MOİK klubunun Xankəndi şəhər stadionundan istifadə etməsi isə qış fasiləsindən sonraya planlaşdırılır.