İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi Maykl Kerrikin gələcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Ceyson Uilkoks və baş icraçı direktor Omar Berrada komandanın çıxışını təhlil etdikdən sonra Kerrikin istefası məsələsinə daha çox meyl edirlər. Klub daxilində 45 yaşlı mütəxəssisin vəzifəsini itirəcəyi ilə bağlı inam artır. Lakin hələlik yekun qərar verilməyib.

"Mançester Yunayted" hazırda aşağı liqaya düşmə zonasındadır və artıq uzun müddətdir ki, elit klub statusunu itirib.